Saffron Group restoranının korporativ endirim kartlarının
sifarişi asandır. Ləzzətli mətbəxlərimizlə əminik ki,
əməkdaşlarınızın əksəriyyəti artıq bizim restoranlarda nahar
etməyi sevirlər. Bununla yanaşı, biz şirkətlər üçün hədiyyə
kartının və endirim kartlarının yaradılması və tətbiqinə dair
çoxlu sayda təcrübəyə malikik:
Maraqlı tərəfdaşlarınızı mükafatlandırmaq üçün yeni ildən
başqa bir çox əlamətdar günlər də var. Saffron Group
hədiyyə kartı, həmçinin doğum günləri, bayramlar və işgüzar
tətbirlər üçün hədiyyə kimi istifadə edilə bilər.
Sürətli çatdırılma, üstün imkanlar və tam icra xidməti ilə biz
prosesi sadələşdiririk.
korporativ hədiyyə kartları üçün:
• rəqəmsal və fiziki hədiyyə kartları mövcuddur
• kütləvi alış endirimləri*
• 50 AZN-dən 1000 AZN-ə kimi istənilən dəyərdə təqdim
oluna bilər
Bizim korporativ endirim kartlarımız aşağıdakılar üçün
istifadə edilə bilər:
1. İşçinin mükafatlandırılması + həvəsləndirilməsi
İş yerinizdə işçilərin iş prosesinə cəlb olunmasını təşviq
etmək və onlarda motivasiya yaratmaq məqsədilə,
razılığınızı göstərmək və işçi imtiyazları proqramının bir
komponenti kimi yeni kadrları cəlb etmək və mövcud heyəti
qoruyub saxlamaq üçün komandanızı Saffron Group edirim
kartı ilə mükafatlandırın.
2. Müştərinin qazanılması + qorunub saxlanılması.
Müştərilərlə münasibətlərin yaradılması və qorunub
saxlanılması uğurlu biznes üçün vacibdir – mövcud
müştərilərin motivasiyası və yeni müştərilərin cəlb
edilməsinin ideal yolu kimi Saffron Group endirim kartından
istifadə edin. Müştərilərinizi mükafatlandırmaqla və onlara
necə mühüm olduqlarını bildirməklə, müştərilərinizi sadiq
qalmağa və biznesinizə daha çox cəlb olunmağa
həvəsləndirəcəksiniz.
3. Minnətdarlıq + təzminat
Qida və içki xərclərini azaltmaq üçün Saffron Group endirim
kartından işçinin biznes məsrəf kartı kimi istifadə edin.
Tələblərinizdən asılı olmayaraq, bizim əzmkar komandamız
sizə kömək etməyə hazırdır.
Xahiş olunur, ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.