Saffron Group Azərbaycanın ən böyük restoran şəbəkələrindən biridir. Şirkətimiz məşhur və çox sevilən müxtəlif brendlər portfelinə malikdir.
Sahil, Pasifico, Harbour, Movida, Paris Bistro, Cubar, Jakonda, Madrid, El Portalon, Atelier 61, Atelier 61 Events Hall, Villa Turkish, Winter Garden və Amburan bizim brendlərimizdir. Qrup, həmçinin Syrovarnya, Novikov Cafe, Günaydın, Baku Cafe, Scalini Restorante, Jasmin restoranlarının əsas biznes tərəfdaşı kimi çıxış etməklə yanaşı, dünyaca məşhur BigChefs və Pidem brendlərinin Bakı filiallarına rəhbərlik edir.
Bizim müxtəlif brendlərdən ibarət portfelimiz hər kəsin zövqünü oxşayır və biz bütün bu brendlər ilə əməkdaşlığın yaratdığı müxtəlifliyi sevirik. Biz çəkdiyimiz zəhmətin bəhrəsini görməyi sevirik və bu istiqamətdə gördüyümüz işlərdən son dərəcə qürur duyuruq.
BİZİM DƏYƏRLƏRİMİZ
Bütövlük
Biznesimizin əsasını sarsılmaz bütövlük öhdəçiliyi təşkil edir. Bizim üçün bu, düzgün olan işləri yerinə yetirilməsi deməkdir. Hər zaman. Həmişə. Hətta sizi heç kim görmədikdə belə.
Gəlirlilik
Biz səhmdarlarımızın və bütövlükdə cəmiyyətin xeyrinə mənfəət əldə edirik. Əslində, davamlı biznesin əsasını qoyan və rəqabət üstünlüyünü qorumağa xidmət edən bugünkü mənfəətdir.
Sahibkarlıq
Biz yeni imkanlar axtarırıq və cəsarətli addımlar atmağa hazırıq – başqalarının cəsarət etmədiyi yollarla gedirik. Çətinliklərdən qorxmuruq, onlara inkişaf üçün imkanlar kimi baxırıq.
Keyfiyyət
Kənar dünya həmişə bizi məhsulun və ya göstərdiyimiz xidmətin keyfiyyətinə görə qiymətləndirəcək. İşimizin keyfiyyəti işçi heyətimizin əzmkarlığına və peşəkarlığına bilavasitə mütənasibdir.
Əməkdaşlıq
Biz müştərilər, tərəfdaşlar və təchizatçılar ilə əməkdaşlıq etdikdə, bazar gözləntilərini xeyli üstələyirik. Bu qarşılıqlı əlaqələrin təsiri hər hansı fərdi töhfənin təsirindən olduqca çoxdur.
ƏLAQƏ MƏLUMATLARI:
Ünvan
BEGOC Biznes mərkəzi
Zərifə Əliyeva küç.,93
Baku, AZ1000
“PASHA Management Company”-nin ayrılmaz hissəsi olan “Saffron Restaurant Group”, ən yüksək kulinariya təcrübəsi təminatçısı kimi inkişaf edir. “PAŞA Management Company”-nin rəhbərliyi altında biz dinamik və müxtəlif biznes portfelinə töhfə veririk. Kulinariya ləzzətinin mükəmməlliyin “Saffron Restoran Group” la kəşf edin.
Gift card is redeemable for products and merchandise purchases in Movida, Harbour, Sahil, Zazu, Pacifico, Jakonda, Paris Bistro, Cubar, BigChefs, Pidem, El Portalon, Madrid, & Atelier 61 restaurants in Azerbaijan.
Gift card is valid for one year from the date of purchase and cannot be extended. At expiry, the remaining balance will be lost
Gift card cannot be returned or refunded. Please protect this card and treat it as cash. It cannot be replaced if lost, stolen or damaged.
Gift card can be used as payment for the whole or part of an order.
The card may not be exchanged for cash. No change will be given but the balance may be applied for future purposes.